Bizim haqqımızda

 

Kredit İttifaqı daxilində vəzifə bölğüsü

 

Kredit ərizələri: Kredit ərizələri yalnız kredit işçiləri tərəfindən işlənilir. Əgər müştəri filial müdiri və ya hər hansl digər işçi ilə əlaqə saxlayarsa onda həmin şəxs normal ərizə prosedurunu təmin etmək üçün lazımi məlumatı kredit işçilərindən birinə ötürməlidir.

 

Təsdiq proseduru: Qəbul edilmiş təsdiq proseduruna əməl etməməyin heç vaxt obyektiv səbəbi olmur. Kredit işçisi və Filial müdiri normal təsdiq proseduru olmadan kredit təsdiqinə görə cavabdehlik daşıyırlar. Kredit işçisi və Filial müdiri təlimatın pozulması hallarını aradan qaldırmaq üçün cavabdehlik daşıyırlar və əgər bu mümkün olmazsa onda onlar təlimatın pozulması halı barədə hesabat verməyə məsuldurlar.

 

Kreditin buraxılması: Xəzinədar kreditin buraxılması üçün əsas məsuliyyət daşıyır. Xəzinədar yalnız lazımi qaydada təsdiq edilmiş kreditin buraxılmasına cavabdehdir və o kreditin heç bir kənar şəxsə deyil borcalanın özünə verilməsinə cavabdehdir və o əmin olmalıdır ki, Refinance kredit üçün tələb edilən bütün sənədləri  almışdır və bütün sənədlər lazımınca imzalanmışdır.

İnzibati asistent: kredit fayllarının lazımi qaydada işlənilməsi üçün inzibati cavabdehlik daşıyır. İnzibati asistent əmin olmalıdır ki, bütün kredit sənədləri lazımi qaydada imzalanmiş, möhürlənmiş və qovluqlara tikilmişdir.

 

Mühasib: bütün kredit sənədlərində tələb olunan imzaların mövcudluğunu bir daha yoxlamalı, verilən kreditin mövcud qanunvericiliyə uyğunluğuna əmin olmalı, borcalana onun həyat yoldaşına və zamininə götürülən kreditlə əlaqədar onların hüquqları və öhdəliklər barədə son məlumatları verməlidir

 

Ümumi cavabdehlik: Filial müdiri öz filialı üzrə təlimata əməl olunmağa görə ümumi cavabdehlik daşıyır.